Tramp soyqırımı ifadəsini işlətmədi

"24 apreldə biz "Mets Yeqerna" zamanı əziyyət çəkənlərin, 20-ci əsrdə baş verən kütləvi zorakılıq qurbanlarının xatirəsini yad edirik". "Yeniavaz.com"un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu qondarma erməni soyqırımının 102-ci ildönümü ilə bağlı müraciətində ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, 1915-ci ildə milyon yarım insan deportasiyaya məruz qalıb, öldürülüb və ya ölümə göndərilib. Amerika ictimaiyyəti ilə birgə Osmanlı dönəmində insanların məhvindən kədərləndiyini bildirən Tramp tarixin qaranlıq anlarında yaşananlar barədə fikirləşərkən erməni xalqının möhkəm iradəsinə heyran qaldığını söyləyib: "Onların çoxu ABŞ-da yeni həyat qurublar, ölkəmizin inkişafına öz töhfələrini veriblər. Biz baş verən vəhşilikləri həmişə xatırlamalı və onun bir daha təkrar olunmasına imkan verməməliyik. Biz türklərin və ermənilərin tarixin bu ağır məqamları ilə bağlı ortaq məxrəcə gəlmək üçün göstərdikləri səyləri alqışlayırıq və bunu ədalətli, tolerant gələcək üçün atılan möhkəm addım hesab edirik".

DİGƏR XƏBƏRLƏR

Top