Ərdoğanla Putin yenə görüşə bilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilin sonunadək daha bir görüş keçirə bilərlər. “Yeniavaz.az”ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Moskvadakı səfiri Ümid Yardım deyib.

Onun sözlərinə görə, görüş Sankt-Peterburqda keçirilə bilər.

Kremlin mətbuat xidməti isə belə bir görüşə hazırlıq aparılması barədə hələ məlumat verməyib. Bunadək isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, liderlərin görüşü pktyabrın əvvəlində Türkiyədə baş tuta bilər. Onun sözlərinə görə, Kreml V. Putinin İstanbula səfərini istisna etmir.

DİGƏR XƏBƏRLƏR

Top