Ərdoğan fransalı politoloqu məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı politoloq Filipp Moro Defarjı məhkəməyə verib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb pilotoloqun Türkiyə Prezidentinin həyatına sui-qəsd törədilməsi barədə açıq şəkildə danışması olub. R. T. Ərdoğanın vəkili Hüseyn Aydın “Prezidentin həyatına sui-qəsdə təhrik” və “faktiki olaraq ona hücum” ittihamları üzrə cinayət işinin açılmasını tələb edir.

Qeyd edək ki, F. M. Defarjın Fransa telekanallarının birinin efirində Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referendumun nəticələrinin müzakirə edildiyi proqramda işlətdiyi ifadələr qalmaqala səbəb olub. Politoloq bildirib ki, səsvermənin nəticələrinə yenidən baxılmasının qanuni yolları bağlanıb, yalnız iki variant – vətəndaş müharibəsi və ya R. T. Ərdoğanın qətlə yetirilməsi – qalıb.

DİGƏR XƏBƏRLƏR

Top