Prezidentin qaynı həbs olundu - Gürcüstanda

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il həbsxana həyatı yaşamalı olacaq. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Tbilisi şəhər məhkəməsi Gürcüstan prezidentinin həyat yoldaşı, ölkənin birinci ledisi Maki Çiçuanın qardaşı Mqaloblişvilinin 4 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Mixail Mqaloblişvili qeyri-qanuni yolla silah əldə etməkdə və gəzdirməkdə günahlandırılır. Bununla bağlı Mqaloblişvili 4 ay əvvəl hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib. İlk vaxtlar onun prezident Marqvelaşvilinin qaynı olması səbəbindən məhkumluq həyatı yaşamayacağı və şərti cəza və ya cərimə ilə azadlıqda qalacağı ehtimal edilirdi. Lakin Tbilisi şəhər məhkəməsi prezidentin qaynına güzəştə getməyib. Birinci ledi Maki Çiçuanın da iştirak etdiyi son prosesdə məhkəmə qanunun aliliyinə hörmət edərək Mqaloblişviliyə layiq olduğu cəzanı verib.

DİGƏR XƏBƏRLƏR

Top