Bakıdakı qadın sığıncağında tədbir keçirilib

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup tələbəsindən ibarət "Solution" komandası Bakı şəhərində yerləşən "Təmiz dünya" qadın sığınacaq evində "Qadın dəyərdir!" adlı tədbir keçirib. "Yeniavaz.com"a verilən xəbərə görə, tədbir komanda üzvlərinin cəmiyyətdəki cinsi ayrıseçkiliyə qarşı hazırlanmış təqdimatı ilə başlayıb.

Tədbirdə sığınacaqdakı qadınlarla müxtəlif psixoloji testlər aparılıb, maraqlı intellektual suallar verilib, motivasiyaedici müxtəlif qısa filmlərin nümayişi ilə başa çatıb. Qeyd edək ki, "Solution" - tələbələrdən ibarət, cəmiyyətdə olan ayrıseçkiliklərlə mübarizə aparan komandadır.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top