Fransa Daxili İşlər Nazirliyi seçkilərdə türk qəssabının şəkili ilə səs verməyə çağırır

Fransa Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə məşhur olan türk qəssabı Nüsrət Gökçenin şəklini yayaraq ölkədə keçirilən prezident seçkilərində səs verməyə çağırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə DİN “Tvitter” səhifəsində məlumat yayıb. Məlumatda deyilir: “Bu gün “D” günüdür! Sizin səs vermək üçün şəhərdən asılı olaraq saat 19-a və ya 20-yə kimi vaxtınız var”. Məlumata, həmçinin N. Gökçenin redaktə edilmiş təsviri əlavə edilib. Şəkildə N. Gökçe duz əvəzinə əlində bülleten zərfini səs vermək üçün seçki qutusunun üzərində saxlayır. Onun maykasının üzərində #OuiJeVote heşteqi (Bəli, mən səs verirəm) yazılıb.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilir. Növbəti tur mayın 7-də baş tutacaq. Seçkilərdə iştirak edən 11 namizəd aşağıdakılardır: “İş mübarizəsi” partiyasının nümayəndəsi Natali Arto, “Xalq respublika ittifaqı” partiyasının sədri Fransua Asselino, “Həmrəylik və tərəqqi” hərəkatının sədri Jak Şeminad, “Ayağa qalx, Fransa!” partiyasının namizədi Nikolya Düpen-Enyan, “Milli cəbhə”nin lideri Marin Le Pen, “Respublikaçılar” partiyasının nümayəndəsi Fransua Fiyon, “İrəli!” mərkəz partiyasının lideri Emmanuel Makron, sosialist Benua Amon, ifrat solçuların nümayəndəsi Jan-Lyuk Melanşon, “Yeni antikapitalizm partiyası”nın lideri Filipp Putu və mərkəzçi deputat Jan Lassaldır.

Xatırladaq ki, N. Gökçe “Instagram” sosial şəbəkəsində video yayımladıqdan sonra məşhurlaşıb. Həmin videoda o, ətə dirsəyi vasitəsilə qeyri-adi formada duz vurur. Bundan sonra internetdə N. Gökçenin müxtəlif formada işlənmiş təsvirləri çox populyar olub.

DİGƏR XƏBƏRLƏR

Top