Azərbaycana gələn 3 turisti çadır qurmağa qoymadılar VİDEO

Dünya ölkələrini velosipedlə səyahətə çıxan 3 dost turistin - Monon Qudu, Karlos Tur və Hayme Qarsianın növbəti dayanacağı Azərbaycandır. Onlar "Yeniavaz.com" saytına açıqlamalarında Azərbaycanda qarşılaşdıqları maraqlı hadisələrdən, səfərlərinin məqsədlərindən danışıblar. Bildirək ki, turistlərdən ikisi ispan, biri fransızdır. Xanım turist - Fransadan olan Monu Qudu və Hayme Qarsia sevgilidirlər. Onlar Karlos Turla Türkiyədə - elə yoldaca tanış olublar.

Bu turistləri digərlərindən fərqləndirən bir məqam da var - belə ki, onlar ölkələrə səyahətə çıxmamışdan öncə internetdə elan verir və həmin ölkədə onları könüllü olaraq qonaq kimi qarşılamaq istəyən insanları tapırlar. Bildikdən sonra ki, gedəcəkləri ölkədə onları qarşılamağa, qonaq saxlamağa razı olan var - yola düşürlər. Onlar otellərdə yox, məhz evlərdə qonaq olmağa üstünlük verdiklərini bildirdilər. Üçlüyü Azərbaycanda könüllü olaraq 2 azərbaycanlı xanım - Rövşanə Babayeva və Zülfiyyə Səfərli qonaq saxlayıblar.

Onları Azərbaycana daxil olandan sonra yolda görən bir soydaşımız isə dəniz kənarında çadır qurub gecələmələrinə razılıq verməyib...

Ətraflı videodan məlumat ala bilərsiniz.

turistler

DİGƏR XƏBƏRLƏR

Top