Rusiyanın BMT yanında yeni daimi nümayəndəsi xarici işlər nazirinin müavini Vasili Nebenzya olacaq. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə deyib. Mənbə qeyd edib ki, bununla bağlı sənədlər BMT-yə göndərilib. V. Nebenzyanın namizədliyi parlamentin aşağı və yuxarı palatalarında hələ təsdiq edilməlidir. O, 2017-ci il fevralın 20-də Nyu-Yorkda vəfat edən Vitali Çurkini əvəz edəcək.