Netanyahu: "Rusiyanın Suriyada İran bazasının qurulması arqumentləri inandırıcı deyil"

Rusiyanın Suriyada İranın hərbi-dəniz bazasının qurulması məsələsi üzrə arqumentləri inandırıcı deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib. Onun sözlərinə görə, iranlılar Suriyaya gələrək orada Aralıq dənizi sahillərində hərbi-dəniz bazası yaratmağa çalışıblar: “Siz Aralıq dənizində İran sualtı qayıqlarını təsəvvür edirsiniz? Orada ABŞ Hərbi Dəniz Qüvvələrinin operativ donanması, bizim isə öz dəniz gəmiçiliyimiz var. Siz istəyirsiniz ki, orada iranlılar olsun? Xeyr. Və mən Prezident Putinə dedim ki, bu, yaxşı ideya deyil. Dedim ki, heç kəsin, o cümlədən Rusiyanın maraqlarına uyğun deyil. Və inandırcı arqumentlər eşitmədim”.

Xatırladaq ki, B. Netanyahu daha əvvəl İranı Suriyada hərbi-dəniz bazası qurmaq niyyyətində olmaqda ittiham edib. İran İnqilabı Keşikçilər Korpusunun komandan müavini Rəsul Sənai Rad isə İranın belə bir planının olmadığını bəyan edib. B. Netanyahu martda Moskvaya səfər edib. Bir neçə saat davam edən səfərin əsas məqsədi İranın Suriyada möhkəmlənməsi cəhdlərinə mane olmaq olub.

DİGƏR XƏBƏRLƏR

Top