
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Lamberto Zanyeri Rusiya Xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə aprelin 24-də Moskvaya rəsmi səfərə gedəcək. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, 3 gün davam edəcək səfər zamanı Lamberto Zanyerinin Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrovla, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Zanyerinin Moskva səfərində əsas müzakirə hədəflərindən birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olacağı gözlənilir. Bununla əlaqədar Rusiya Xarici işlər nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Zanyerinin Moskva görüşlərində Dağlıq Qarabağ, Dnestryanı münaqişələrinin həlli və Zaqafqaziyada təhlükəsizlik məsələləri müzakirə ediləcək. Biz əminik ki, ATƏT münaqişələrin həlli üçün kifayət qədər imkanlara malikdir. Bu münaqişələr dinc vasitələrlə tərəflərin qarşılıqlı maraqlarının nəzərə alınmsı yolu ilə həll edilməlidir".
Tətbiqimizi yükləyə bilərsiniz