Trampın Qarabağ münaqişəsinin həllinə münasibətdə mövqeyi məlum deyil

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Tramp administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə hansı mövqe nümayiş etdirəcəyini öncədən söyləməyin çətin olduğunu bildirib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, keçmiş səfir ABŞ-ın hazırda həmsədr ölkələrdən biri kimi münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirdiyini xatırladıb. O bu müstəvidə də indiki vəziyyətdə ABŞ-ın ATƏT Minsk Qrupunun əsas oyunçularından biri kimi münaqişənin dinc yollarla həlli üçün əlindən gələni etdiyini vurğulayıb: "Mən təssüf hissi ilə qeyd etmək istəyirəm ki, hazırda hər iki tərəf münaqişənin həllində hərbi, militarist mövqedən çıxış edir. ABŞ və Rusiya vəziyyətin təhlükəli olduğu barədə hər iki tərəfə xəbərdarlıq ediblər. Vəziyyətin daha da gərginləşməsinə yol verməmək üçün münaqişənin həllində tərəflər özləri ortaq məxrəcə gəlməlidirlər".

DİGƏR XƏBƏRLƏR

Top