ABŞ-ın tanınmış psixiatrları: "Tramp təhlükəli ruhi xəstədir"

ABŞ-da bir qrup tanınmış psixiatr elmi konfransda çıxış edərkən bildiriblər ki, ABŞ-ın prezidenti Donald Tramp təhlükəli ruhi xəstədir. "Yeniavaz.com"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, psixiatrlar tərəfindən Donald Trampa "xəyal dünyasında yaşayan paronoyak" diaqnozu qoyulub.

Bu konfransda geniş müzakirələrə səbəb olub. Konfransda danışan psixiatr Con Qartner bildirib ki, bir yalançı olmasından daha pisi paronoyak, xəyal dünyasında yaşaması və hər şeyi şişirtmiş insan olmasıdır: "Tramp, bunu prezident olduğu ilk gün sübut etdi. Əgər o, andiçmə mərasiminə toplanan insanları tarixin ən böyük qələbəliyi olmasına həqiqətən inanırsa, o xəyal dünyasında yaşayır".

ABŞ-ın Yalə Universitetinin Psixiatriya Fakültsinin əməkdaşı isə bildirib ki, bunu görməməzlikdən gəlmək olmaz: "Trampın psixoloji vəziyyəti yerində deyil. Xalq bunu anladığını və öz aralarında danışdığını düşünürəm".

Nyu York Universitetinin Psixiatriya Fakültəsinin əməkdaşı Ceyms Gilligan isə daha da sərt danışıb: "Mən cəmiyyətin ən təhlükəli xəstələri ilə çalışmışam. Bu təhlükəni kilometrlərlə uzaqdan hiss edirəm. Bundan əlavə bu adamın (Trampın) nə qədər təhlükəli olduğunu başa düşmək üçün peşəkar olmağa ehtiyac yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top