
Ermənistan hökuməti maliyyə çatışmazlığı ilə əlaqədar çıxış yolu axtarır. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, hökumət 1,23 milyard dollar borc götürmək niyyətindədir. Amma hökumət maliyyə çatışmazlığını ölkə əhalisinin hesabına aradan qaldırmağa ümid edir . Bu məqsədlə Ermənistan Mərkəzi Bankı 600 milyard dram dəyərində istiqrazlar buraxacaq. Bu prosesi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 200 milyard dram dəyərində istiqrazlar buraxılacq. Bu mərhələdə istiqrazların dəyəri 2020-ci ildə ödəniləcək. İkinci mərhələdə isə istiqrazların 2022-ci ildə ödənilməsi nəzərdə tutulub. Son mərhələdə buraxılacaq istiqrazların isə ödənilməsi 2037-ci ildə baş tutacaq. Ekspertlərin fikrincə Ermənistan hökuməti bu yolla ölkədəki ağır iqtisadi vəziyyəti, maliyyə çatışmazlığını əhalinin hesabına həll etmək istəyir.
Xatırladaq ki, hazırda Ermənistanın dövlət borcu 5,97 milyard dollardır.
Tətbiqimizi yükləyə bilərsiniz