Rusiyanın İstanbuldakı Baş Konsulluğu gücləndirilmiş mühafizə altına alınıb

Rusiyanın İstanbuldakı Baş Konsulluğu diplomatik missiyanın binası qarşısında keçirilən antirusiya aksiyaları ilə əlaqədar gücləndirilmiş mühafizə altına alınıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Baş Konsulluğun mətbuat katibi Sergey Losev deyib. Onun sözlərinə görə, son sutkalar ərzində İstabuldakı konsulluğun binası qarşısında Hələbdəki vəziyyətlə bağlı üç mitinq keçirilib. S. Losev qeyd edib ki, ən miqyaslı mitinqdə 250-dək insan iştirak edib: “Bu tədbirlərin keçirildiyi müddət ərzində və onlar başa çatdıqdan sonra baş konsulluğumuzun yaxınlığında daim polis əməkdaşları dayanırlar”.

DİGƏR XƏBƏRLƏR

Top