Lağa qoyulan Orxan kimdir? FOTO

ATV-də "İdeya Qazandı” verilişinə qatılan gənc öz layihəsini təqdim edən zaman münsiflərin onu lağa qoyması əks olunan video sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

"Yeniavaz.com" xəbər verir ki, "unikal.org" həmin gəncin kimliyini araşdırıb. Verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb.

Bu barədə Təşkilatdan bildiriblər. Qeyd olunub ki, O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin "Gənc Biznesmen” layihəsinin rəhbəridir.

Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq.

ATV-nin sözçüsü Turan İbrahimov bildirib ki, O.Fəxrəddinov 2015-ci ildə "İdeya Qazandı” verilişinin fəal iştirakçısı olub.

DİGƏR XƏBƏRLƏR

Top