Universitetdə kütləvi dava: tələbə bıçaqlanıb

Gəncə şəhərində tələbə bıçaqlanıb. Azərbaycan Texnologiya Universitetinin tələbəsi - Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. "Report"un əldə etdiyi məlumata görə, universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb. Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

DİGƏR XƏBƏRLƏR

Top