Peterburq terrorçusu vətəndaşlıqdan məhrum edildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Sankt-Peterburq metrosunda terror aktı törətmiş Əkbərcan Cəlilovun Rusiya vətəndaşlığını ləğv edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib. Onun sözlərinə görə, Sankt-Peterburqun Smolensk rayon məhkəməsi müəyyən edib ki, 1995-ci il təvəllüdlü Ə.Cəlilovun atası Rusiya vətəndaşlığına qəbul haqqında ərizə ilə müraciət edərkən qəsdən yalan məlumatlar təqdim edib: “Bu da öz növbəsində Qırğızıstan əsilli Əkbərcan Cəlilovun Rusiya vətəndaşlığından məhrum edilməsinə səbəb olub”.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqda metro qatarının vaqonunda əldəqayırma bombanın partlaması nəticəsində 16 nəfər (o cümlədən terrorçu Ə. Cəlilov) həlak olub, 50-dən çoxu isə yaralanıb. Bundan başqa, “Ploşad Vosstaniya” stansiyasında işə düşməmiş partlayıcı qurğu aşkarlanıb, o zərərsizləşdirilib. Hazırda partlayışla bağlı 10 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top