Ermənistanda Elmlər Akademiyasının binası satışa çıxarılıb

Ermənistanda rəsmilərinin ölkədə iqtisadi vəziyyətin get-gedə yaxşılaşdığını iddia etmələrinə baxmayaraq adı çəkilən ölkənin maliyyə cəhətdən ağır günlər yaşadığı ortaya çıxıb. "Yeniavaz.com"un nevs.am- istinadən verdiyi məlumata görə, Baş nazir Karen Karapetyan dövlətin balansında olan idarələrə məxsus olan tikililəri, o cümlədən Elmlər Akademiyasının binasını satışa çıxarıb. Buna paralel olaraq Nəqliyyat, informasiya texnologiyaları və rabitə naziriliyinin Respublika meydanında olan binası da hərraca çıxarılıb. Ermənistan Elmlər Akademiyasının binası isə hələlik hərraca çıxarılmaq üçün növbəsini gözləyir. Buna səbəb isə satışa çıxarılan digər dövlət binaları üçün alıcı tapılmamasıdır. Hökumətin dövlətin balansında olan rəsmi dövlət idarələrinin bəzi binalarını satması ölkədə maliyyə çatışmazlığı ilə əlqaləndirilir. Çünki dövlət büdcəsini vergilər hesabına doldurmaq ildən-ilə daha çətin olur. Ona görə də hökumət vəziyyətdən çıxış yolu kimi nazirliklərin tabeçiliyində olan binaların bəzilərini hərraca çıxarmaqda görür. Amma yerli ekspertlər bu yolla Karapetyanın dövlət büdcəsini doldura bilməyəcəyini vurğulayırlar.

DİGƏR XƏBƏRLƏR

Top