Belçikada 19 minə yaxın şəxs terrorçularla əlaqədə şübhəli bilinir

Terror fəaliyyətində şübhəli bilinən və Belçika polisinin məlumat bazasına daxil edilən şəxslərin sayı 7 il ərzndə 10 dəfə artıb. “Yeniavaz.com”un “Rossiyskaya Qazeta”ya istinadən verdiyi məlumata görə, bu barədə Belçika Daxili İşlər Nazirliyindən deyiblər. Nazirlikdən qeyd ediblər ki, 2010-cu ildə onların sayı cəmi 1875 nəfər olub, hazırda isə bu rəqəm 18 884 nəfərə çatıb. Müdafiə naziri Yan Yambonun sözlərinə görə, bu, yalnız terror fəaliyyətində şübhəli bilinənlərdir: “Ümumilikdə isə məlumat bazasında 2,2 milyondan çox ad var”. Belə kəskin artım terrorçularla əlaqəsi olan şəxslərin, eləcə də kompüterində İŞİD terror qruplaşmasının təbliğat materialları aşkarlanan insanların siyahıya salınması ilə izah edilir.

DİGƏR XƏBƏRLƏR

Top