Səyahət turu bu gün Şəmkirə çatıb - VİDEO

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu bu gün Şəmkirə çatıb. "Yeniavaz.com" saytı xəbər verir ki, bu əlamətdar günlə əlaqədar bü gün səhər ilk olaraq Şəmkir su anbarı ətrafında tədbir keçirilib: "Şəmkirçay Kürün qollarından biridir. Çay üzərindəki yeni su anbarı bu bölgəni içməli su və suvarma suyu ilə təmin etmək üçün 2014-cü ildə istismara verilib. Su mərasimi, şahmat və güləşhəvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ramiz Yusifov vəsərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə baş tutub. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

Vüqar Nəbiyev

Su festivalı

DİGƏR XƏBƏRLƏR

Top