Rusiyanın ən zəngin qadınları

Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina Rusiyanın ən zəngin qadınıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, “Forbes” jurnalının tərtib etdiyi “2017 – Rusiyanın 200 ən zəngin biznesmeni” reytinqindən məlum olur. Jurnalın hesablamasına görə, Y. Baturinanın sərvəti il ərzində 100 milyon azalaraq 1 milyard dollara çatıb. Ümumi reytinqdə o, 25 mövqe itirib, lakin hələ də qadınlar arasında liderlik edir. İkinci yerə yenə də Yelena Rıbolovleva layiq görülüb. O, “Uralkaliya”nın keçmiş sahibi və “Monako” futbol klubunun rəhbəri Dmitriy Rıbolovlev ilə boşandıqdan sonra 600 milyon dollar sərvət qazanıb. Siyahının üçüncüsü S7 qrupunun sahibi Nataliya Filevadır. Onun sərvəti də 600 milyon dollar həcmində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top