Gürcüstanın NATO-ya üzv olmaq imkanları genişlənir

Gürcüstanın Xarici işlər naziri Mixail Canelidze belə hesab edir ki, Çernoqoriyanın ( Monteneqro) NATO-ya üzv olması ölkəsinin üzünə bu hərbi alyansın qapılarının daha geniş açılmasına imkan yaradıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Azadlıq radiosunun "Səhər söhbətləri" verilişində suallara cavab verən Canelidze ölkəsinin gələcəyinin NATO ilə sıx inteqrasiyasından, bu quruma üzv olmasından asılı olduğunu xüsusi qeyd edib. O may ayının 25-də NATO-nun Brüsseldə keçirilməsi nəzərdə tutulan mini-sammitin nəticələrinin Gürcüstan üçün quruma üzvlük perspektivləri baxımından yeni səhifə aça biləcəyini istisna etməyib: "Sammit çərçivəsində Çernoqoriyanın bu quruma üzv qəbul edilməsi barədə qərar qəbul ediləcək. Bu isə quruma üzv olmaq istəyən ölkələr üçün açıq qapılar siyasətinin həyata keçirildiyi barədə onlara edilən siqnal demək anlamına gələcək. Bu gün Gürcüstan NATO üzvü olmaq üçün bütün lazımi imkanlara malikdir. Bu çərçivədə də NATO-Gürcüstan komissiyası fəaliyyət göstərir. NATO-Gürcüstan kommissiyasi fəaliyyət paketinə malikdir. Bu paketdə nəzərdə tutulanların reallaşdırılması Gürcüstanın müdafiə qabiliyyətinin artırılmasına, təhlükəsizliyinin təmin edilməsinə, quruma tamhüquqlu üzv olmasına imkan verir".

DİGƏR XƏBƏRLƏR

Top