Xarici müğənni: “Bakı Şopinq Festivalı marağıma səbəb oldu”

Bakıda ilk dəfə keçirilən Şopinq Festivalın fəxri qonağı, müğənni Vera Brejneva adıçəkilən tədbir və bu gün baş tutacaq konserti haqqında fikirlərini bölüşüb.

Müğənni Bakı Şopinq Festivalının onun marağına səbəb olduğunu deyib: “Belə layihənin həyata keçirilməsi nəinki turizmin və iqtisadiyyatın inkişafına təsir edir, eyni zamanda sizin gözəl şəhəriniz, qonaqpərvər sakinləriniz, memarlığınız, mədəniyyətiniz və milli mətbəxinizlə tanış olmaq üçün əla imkan yaradır”.

İfaçının sözlərinə görə, o, bakılı pərəstişkarları üçün maraqlı konsert proqramı hazırlayıb: “Ən əsası mən Bakıya sevgimi gətirmişəm və onu tamaşaçılarla bölüşəcəyəm. Konsertdə mənim ən sevimli mahnılarım səslənəcək”.Apa

DİGƏR XƏBƏRLƏR

Top