Avropa Liqasının yarımfinalçıları müəyyənləşib

2016/17-ci illər mövsümündə futbol üzrə Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib. ¼ finalın nəticələrinə görə Belçikanın "Anderlext" və "Genk", Almaniyanın "Şalke-04" və Türkiyənin "Beşiktaş" klubları turniri tərk edib. "Mançester Yunayted" (İngiltərə), "Selta Viqo" (İspaniya), "Ajax" (Hollandiya) və "Lion" (Fransa) klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıblar. Turnirin yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 21-də İsveçrənin Nyon şəhərində keçiriləcək. 1/2 final görüşləri 4 və 11 may, final matçı isə 24 may tarixinə nəzərdə tutulub. Turnirin həlledici qarşılaşması İsveçin Solne şəhərinin "Frends Arena" stadionunda keçiriləcək.

video

DİGƏR XƏBƏRLƏR

Top