BMT məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qismən qarşılayıb

BMT-nin Haaqadakı beynəlxalq məhkəməsi Rusiyaya qarşı iddia ilə məhkəməyə müraciət edən Ukraynanın tələbini qismən qarşılayıb. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, məhkəmə Moskvanı Krımda Ukrayna dilində təhsil almaq imkanını təmin etməyə və Krım-tatar təşkilatlarının sıxışdırılmasını dayandırmağa təhkim edib. Bununla yanaşı, məhkəmə Rusiyanı terrorçuluğu maliyyələşdirməkdə günahkar saymayıb və iddianın bu hissəsi üzrə tədbirlər görməkdən imtina edib. Kiyevin 2017-ci ilin yanvarın ortalarında verdiyi iddiada Moskvanın BMT-nin iki konvensiyasını pozduğuna işarət etmişdi. Bunlar terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq konvensiya və irqi diskriminasiyanın bütün təzahürlərinin ləğvi haqqında beynəlxalq konvensiyadır. Ukrayna hakimiyyəti iddia edirdi ki, Moskva Ukraynanın şərqinə silah tədarükünü və silahlıların maliyyələşdirilməsini dayandırmaq üçün tədbirlər görmür.

DİGƏR XƏBƏRLƏR

Top