Hindistan prezidentinin avtomobilində “miqalka”dan istifadə qadağan edildi

Hindistan hökuməti rəsmi şəxslərin, habelə Baş nazir, Nazirlər Kabinetinin üzvləri və Prezidentin kortejlərində sayrışan işıqların (“miqalka”) istifadəsini dayandırmaq qərarına gəlib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Hindistanın maliyyə naziri Arun Ceytli deyib. Onun sözlərinə görə, mayın 1-dən dövlət avtomobillərinin üzərindəki “miqalkalar” qadağan ediləcək: “Heç bir istisna olmayacaq”. Nazir qeyd edib ki, 1989-cu il tarixli avtonəqliyyat haqqında mərkəzi qanun dəyişdiriləcək. Bununla belə o əlavə edib ki, göy “miqalkalar”dan yalnız təcili xidmətlər istifadə edə bilər: “Ölkədə yalnız göy “miqalkalar”dan istifadə ediləcək və bundan ancaq təcili xidmətlər yararlanacaq. Qərar ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsinə istiqamətlənib”.

DİGƏR XƏBƏRLƏR

Top