"Forbes" jurnalı Rusiyanın ən varlı adamlarının siyahısını dərc edib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, onların arasında 6 erməni də var. "Forbes"in Rusiya varlıları ilə bağlı siyahısında "Taşir" qrupunun sahibi Samvel Karapetyan 32-ci yerdədir. Onun 3,400 milyard dollar sərvəti var. Siyahıda 48-ci yeri tutan "Rosqosstrax" qrupunun sahibi Danil Xaçaturovunsa sərvəti 2 milyard dollardır. Siyahıda 99-cu yerdə gedən iş adamı Ruben Vardanyanın 950, 123-cü yerdə qərarlaşan Albert Avdolyanın isə 800 milyon dollar sərvəti olduğu bildirilir. Daşınmaz əmlakın sığortalanması ilə məşğul olan Nikolay Sarkisov 700 milyon dollar sərvətlə 140-cı, Sergey Sarkisov isə yenə də 700 milyon dollarlıq sərvətlə siyahıda 147-ci yerdə gedir. "Forbes"in siyahısına isə 18,4 milyard dollarla NOVATEK və SİBUR-un sahibi Leonid Mixelson başçılıq edir.