
Ermənistanda əsgər çatışmazlığı ölkə rəhbərliyini vəziyyətdən çıxış yolları axtarmağa məcbur edib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu çərçivədə də Ermənistan Müdafiə nazirliyi tərəfindən "Şərəf duyuram" adlı proqram hazırlanıb. Proqrama əsasən ali məktəbi bitirən tələbələr 2-il deyil, 3 il hərbi xidmət keçəcək və əvzində ehtiyata zabit kimi buraxılacaqlar. Məsələ ilə bağlı Ermənistan Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın feysbuk səhifəsində yazdığına görə, tələbələr ikinci kursdan başlayaraq təhsillərini başa vurana kimi hər şənbə Vazgen Sarkisyan adına hərbi universitetdə təlim keçəcəklər. Ali məktəbi başa vurandan sonra onlar leytenant rütbəsində 3 il orduda xidmət edəcəklər. Bu müddət ərzində onlar ayda 26 min dram (520 dollar) maaş alacaqlar.
Bundan əlavə "Es em" (Mən) proqramına əsasən həqiqi hərbi xidmət və müqavilə ilə xidmət çərçivəsində də bəzi dəyişiliklər edilib. Belə ki, həqiqi hərbi xidmətin müdəti 3 il olacaq. İlk 5 ay ərzində əsgərlər hərbi sirrə yiyələnəcək, 6 aylıq hərbi xidmətdən sonra əsgər 1 həfət evdə olacaq, sonra bir həftə yenə də hərbi təlimərdə olacaq, növbəti 2 həftədə isə qoşunların təmas xəttində xidmətini davam etdirəcək. 3 il ərzində hər bir əsgərin hesabına 5 milyon dram ( 10 min dollar) köçürüləcək.
Tətbiqimizi yükləyə bilərsiniz