
Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi bu ilin birinci kvartalında ötən ilin analoji dövrü ilə müqayisədə 37,3 fazi artıb. "Yeniavaz.com"un vestikafkaza.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatında deyilir. Hazırda Gürcüstanla Rusiya arasında ticarət döriyyəsinin həcmi 255 milyon dollar təşkil edir. Bu ilin ilk 3 ayı ərzində Rusiyadan Gürcüstana import 12,2 faiz artıb. Bu isə təxminən165,3 milyon dollar və ya Gürcüstanın ümumi importunun 9,7 faizi deməkdir. Həmin müddət ərzində Gürcüstandan Rusiyaya eksportun həcmi isə 90 milyon dollar olub. Bu isə Gürcüstanın xaricə ümumi eksportunun 15,6 faizini təşkil edir. Bununla belə Gürcüstanın əsas ticarət tərəfdaşı Azərbaycan və Türkiyədir. Rusiya Gürcüstanla ticarət dövriyyəsinin həcminə görə Türkiyədən sonra ikinci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz