Metroda sərnişinlərə kitab hədiyyə edilib

Tbilisi metrosunun sərnişinləri maraqlı aksiya ilə qarşılanıblar. Gürcüstan mətbuatının xəbərinə görə, sərnişinlərə kitab hədiyyə edilib. Onlara aprelin 23-də Mtatsminda Panteonunda keçiriləcək “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirə dəvətnamə verilib. Burada sərgi olacaq və kitablar endirimlə satılacaq. Tbilisi meriyası həmçinin “şəhər-kitabxana” layihəsini də gerçəkləşdirir.

Layihə çərçivəsində ilin sonuna qədər Tbilisi metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq.

Ümumilikdə şəhərdə 300 elektron kitabxananın istifadəyə verilməsi planlaşdırılır. A24.Az

DİGƏR XƏBƏRLƏR

Top