
Birləşmiş Millətlər Təşkilatından verilən məlumata görə, Suriyada rejim qüvvələri Hələbdəki evlərə girərək 82 nəfəri qətlə yetirib. “Yeniavaz.com” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT sözçüsü Rupert Kolville, “Hələbdə insanlıq tamamilə yox olmuş kimi görünür”-deyib. BMT, Hələbdə vətəndaşlara qarşı olunan qırğınla bağlı açıqlama vermişdi. BMT baş katibinin sözçüsü Stefan Duyarik isə belə açıqlama verib: “Baş katib, Hələbdə son saatlarda qadın və uşaqlar da daxil olmaqla insanlara qarşı olunan qırğından dəhşətə gəlib. BMT müstəqil olaraq bu xəbərləri təsdiqləyə bilmir. Baş katib əlaqədar tərəflərə qayğılarını çatdırır. Suriya xüsusi təmsilçisinə tərəflərlə əlaqəyə keçməsi barədə təlimat verilib”.
Gülarə Kərimova
Tətbiqimizi yükləyə bilərsiniz