Əsas prospektlərindən ikisində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.olke.az

DİGƏR XƏBƏRLƏR

Top