"Qısqanc ürəklər" 100-ə çatdı

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti, bəstəkar R. Mirişlinin "Qısqanc ürəklər" ikihissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunub. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Qısqanc ürəklər" komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 22 dekabr 2006-cı ildə keçirilib. Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurban, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Tamaşada rolları Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.

DİGƏR XƏBƏRLƏR

Top