ABŞ-da aşkar edilən yeni qaz ehtiyatları ölkəyə 11 il kifayət edəcək

ABŞ-da aşkar edilən yeni təbii qaz ehtiyatlarının ölkənin 11 il ərzində qaza olan tələbatını qarşılayacağı güman edilir. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən deyiblər. Mərkəzdən bildiriblər ki, ABŞ-ın Texsas və Luiziana ştatlarının cənubunda 8 trilyin 610 milyard kubmetr qaz və 4 milyard barel xam nefr ehtiyatları kəşf edilib. Ötən il ABŞ-da qaz ehtiyatlarının 10,4 trilyon kubmetr olduğu hesablanmışdı, yeni kəşflərlə bu göstərici 19 trilyon kubmetrə çatıb. 2016-cı ildə ABŞ-da 779 milyard kubmetr qaz istehlak edilib, bu rəqəm sabit qalarsa, ölkədə 24 ildən artıq qaz çatışmazlığı olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top