Yüksək rütbəli yunan hərbçilər helikopter qəzasında həlak olublar

Afina-Larisa, Larisa-Kozani marşrutu üzrə uçan Yunanıstan quru qoşunlarına məxsus “UH-1H” tipli hərbi helikopter radarlardan itib. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, radarlardan itən helikopterin axtarışları zamanı onun Sarantaporu rayonunda qəzaya düşdüyü müəyyən edilib. Xilasetmə əməliyyatı zamanı helikopterin göyərtəsində olan 4 hərbçinin cəsədi tapılıb. Həlak olanlar Yunanıstan ordu komandanının köməkçisi, habelə polkovnik, mayor və baş leytenant rütbəli hərbçilərdir. Daha bir qadın hərbçi isə yaralı olaraq aşkar edilib. Baş çavuş rütbəli qadının həyatı üçün təhlükə yoxdur. Yunanıstan milli müdafiə naziri Panos Kammenosun əmri ilə ölkə Silahlı Qüvvələrində 3 günlük matəm elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top