
Rusiya Abxaziya ərazisindən istifadə etməklə Ermənistana yüklərin daşınmasının heç vaxt əleyhinə getməyib, əksinə onu dəstəkləyib. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Tanınmamış Abxaziya Respublikasının prezidenti Raul Hacimba ilə görüşün nəticələrinə həsr edilən birgə mətbuat konfransında Rusiya xarici ciyasət idarəsinin rəhbəri ölkəsinin Ermənstanla bağlı ortaya çıxan hər hansı problemin həllinə dəstək verdiyini vurğulayıb: "Rusiya Ermənistanın nəqliyyat blokadasında olduğunu bilir və buna görə də, problemin aradan qaldırılmasında maraqlıdır. Bu çərçivədə də Abxaziya vasitəsi ilə Ermənistana yük daşınması problemin aradan qaldırılmasına yardım edə bilər və biz bunu dəstəkləyirik".
Öz növbəsində Raul Hacimba da Abxaziya vasitəsi ilə Ermənistana yüklərin daşınmasına dəstək verdiklərini söyləyib: "Mən şübhə etmirəm ki, Ermənistana yük koridorunun bərpa edilməsi ölkənin iqtisadi inkişafında önəmli rol oynaya biləcəyinə şübhə etmirəm".
Tətbiqimizi yükləyə bilərsiniz