"KTMT baş katibinin vəziyyətə şəxsən təsir etmək imkanı var"

May ayının 2-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi kimi vəzifəsini icra etməyə başlayacaq Yuri Xaçaturov qurumun fəaliyyətinə yeni çeviklik gətirə bilər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu Rusiyadan olan hərbi ekspert İvan Konovalov deyib: "KTMT Baş katibi vəzifəsində Yuri Xaçaturov şübhəsiz ki, bu qurumun maraqlarını müdafiə edəcək və onun prinsipləri çərçivəsində öz işini quracaq. Amma o şübhəsiz ki, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı faktı dərhal quruma üzv ölkələrin müzakirəsinə çıxaracaq. Təbii ki, baş katib bu məsələdə şəxsi nüfuzundan istifadə edəcək. Belə hesab edirəm ki, bu amil atəşkəsin tez-tez pozulması faktının aradan qaldırılmasına yardım edəcək".

Hərbi ekspertin fikrincə, Xaçaturovun bu vəzifəyə təyin edilməsindən sonra Azərbaycan tərəfindən atəşkəsin pozulması halları azalacaq: "Bir sözlə Xaçaturovun KTM Baş katibi kimi fəaliyyəti bölgədə sabitliyə gətirib çıxaracaq. Qafqaz həssas bölgədir və bunu hamı bilir. Bu baxımdan Xaçaturovun şəxsi nüfuzundan istifadə etmə imkanları var və bu, qurumdaxili hansısa qərarların qəbul edilməsində də önəmli rol oynayacaq. Şübhəsiz ki, Azərbaycanda da bunu yaxşı bilirlər".

DİGƏR XƏBƏRLƏR

Top