Beynəlxalq terrorçular Şimali Qafqazda silahlıları öz tərəflərinə çəkməyi və ideologiyalarının təbliğatını genişləndirirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şimali Qafqazdakı vəziyyətlə bağlı səyyar müşavirədə deyib. Onun sözlərinə görə, bölgədə beynəlxalq terror və ekstremist təşkilatların fəaliyyəti artıb. N. Patruşev qeyd edib ki, bir qayda olaraq xaricdən maliyyələşdirilən gizli quldur dəstələrinin fəallaşması ciddi təhlükə törədir: “Şimali Qafqazda vəziyyət gərgin olaraq qalır, terror və ekstremist yönümlü cinayətlərin sayının çox olması bunu təsdiq edir”. O əlavə edib ki, Şimali Qafqazın təqribən 2,7min sakini Suriya və İraqda terrorçuların tərəfində vuruşur.