Gümridə itən Rusiya əsgərinin axtrışı davam edir

Rusiyanın Ermənistanın Gümri şəhərində yerləşən hərbi bazasında müqavilə ilə işləyən hərbi qulluqçu Dmitri Loşmanov naməlum şəraitdə yoxa çıxıb. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Loşmanov ayın 16-da ərzaq almaq məqsədi ilə hərbi hissəni tərk edib və bundan sonra geri qayıtmayıb. Loşmanov müqavilə yolu ilə orduda xidmət edirdi və yaxındakı yataqxanada yaşayırdı. Loşmanovun axtarışına yüzdən çox polis əməkdaşı və əsgər cəlb edilib. Onun oğurlanaraq öldürülə bilməsi istisna edilmir. Buna səbəb kimi son vaxtlar tez-tez yerli qadınlara sataşdıqlarına görə rusiyalı hərbçilərlə mülki əhali arasında olan narazlıq göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top