"Bakı Şopinq Festivalı çərçivəsində 300 min manatdan çox vəsait qaytarılıb"

Bakı Şopinq Festivalı çərçivəaində 400 faktura qeydə alınıb və ƏDV ilə bağlı 300 min manatdan çox vəsait qaytarılıb. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. İ.Vəliyev qeyd edib ki, vergitutma bazası ilə bağlı növbəti iş planı hazırlanır: "Bu işlər bitdikdən sonra açıqlanacaq". Xatırladaq ki, Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək davam edəcək. Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsaitin (ƏDV) Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarıldığını deyib. report

DİGƏR XƏBƏRLƏR

Top