Ərdoğan Trampla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib. Bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.“Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib. Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib. Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: “Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top