Ermənilər Niderland parlamentindən qondarma erməni soyqırımını tanımasını tələb edirlər


Niderlandda fəaliyyət göstərən erməni təşkilatları parlamentə müraciət edərək qondarma erməni soyqırımının tanınmasını tələb ediblər. "Yeniavaz.com"un1in.am-a istinadən verdiyi məlumata görə, bunu Niderland Erməni Milli Komitəsinin sədri ("Ay Data") Masis Abramyan parlamentin xarici əlaqələr komitəsinin sədri Piter Omtzixt ilə görüşündən sonra deyib: "Biz "soyqırımı"nın tanınması tələbi ilə parlamentə müraciət etdik. Parlamentin xarici əlaqələr komitəsinin sədri, mütəmadi olaraq ermənilərin maraqlarını müdafiə edən Piter Omtzixt bizi qəbul etdi və tələbimizi ona təqdim etdik. Eyni zamanda görüşdə iştirak edən deputatlara bildirdik ki, onlar tərəfindən "soyqırımı" əvəzinə "soyqırım" problemi ifadəsinin işlədilməsi düz deyil." Abramyan həmçinin qeyd edib ki, yaxın günlərdə onların tələblərinə baxılaraq konkret cavab veriləcək. O Niderland hakimiyyət orqanlarının "soyqırımı"nı tanıyacağına imid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top