Argentina Ermənistana ən çox sərmayə qoyan ölkələrdən biridir

Ermənistanla Argentina arasında münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Argentinanın Ermənistandakı səfiri Qonsalo Uriolabeitia deyib: O qeyd edib ki, Ermənistana sərmayə qoyan ölkələr arasında Argentina ilk yerlərdən birini tutur:" Argentina vətəndaşı olan erməniəsilli iş adamlarının böyük əksəriyyəti Ermənistana sərmayə qoymağa üstünlük verir. Bununla da onlar Ermənistanın iqtisadi inkişafına öz töhfələrini verirlər. Eyni zamanda Ermənistana sərmayə qoyan Argentina vətəndaşları iki ölkə münasibətlərindəki ticari əlaqələrin inkişafında körpü rolunu oynayırlar. Hazırda iki ölkə arasında ticari sahədə münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. Bu isə həm Ermənistanın, həm də Argentinanın maraqlarına cavab verir".

Səfir Ermənistanla Argentina arasında kənd təsərrüfatı və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söyləyib: "Argentina ilə Ermənistan arasında həm də siyasi münasibətlər ən yüksək səviyyədədir".

Xatırladaq ki, Argentina qondarma erməni soyqırımını tanıyan ölkələrdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top