Britaniyada gözlənilməz qərar: erkən seçkilər keçiriləcək

İyunun 8-də Böyük Britaniyada erkən seçkilər keçiriləcək, yeni Nazirlər Kabineüti formalaşdırılacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib. O bildirib: “Mən indicə Nazirlər Kabinetinin iclasını keçirdim, biz yeni parlament seçkilərinin iyunun 8-də keçirilməsinə dair qərar qəbul etdik. Ölkəyə güclü hökumət lazımdır”. T. Mey seçkilərin keçirilməsi barədə qərarı dərc edilən rəy sorğularının əsasında qəbul edib. Sorğuya görə, hakim Mühafizəkarlar Partiyası populyarlıq reytinqində mövqelərini yaxşılaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top