Britaniya Şimali Koreyaya 4 milyondan çox funt-sterlinq ayırıb

Böyük Britaniya Pxenyanın nüvə və raket sınaqlarına baxmayaraq, ötən 6 il ərzində Şimali Koreyaya 4 milyon funt-sterlinqdən çox vəsait ayırıb. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, rəsmi məlumatalara əsasən, təkcə 2015-ci ildə London vergi ödəyicilərinin vəsaitlərindən 740 min funt-sterlinqi Şimali Koreyada layihələrin dəstəklənməsinə ayırıb. Vəsaitlər məmurlar üçün ingilis dili kurslarına və tərcüməçilər üçün ustad-dərslərinə, habelə fizoterapevtik avadanlıqlarla təmin edilməsinə yönəldilib. Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) maliyyə yardımını azaltmağı planlaşdırmır. XİN-dən qeyd ediblər ki, pullar birbaşa rejimə göndərilməyib, konkret proqramlara köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top