Tacikistanda uşaqlara verilə biləcək adların siyahısı dərc edilib


Tacikistanın Mədəniyyət Nazirliyi tövsiyə edilən millli adların siyahısını dərc edib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşları uşaqlarına məhz bu adlardan birini qoya bilərlər. Tövsiyə edilən adların sayı 3000-dən çoxdur. Nazirlikdən qeyd ediblər ki, “Milli adlar reyestri”nin buraxılması Tacikistanın tarixi və mədəni dəyərlərini dirçəltməyə hesablanıb. Ötən ilin aprelində məlum olmuşdu ki, yeni sənədlər alan Tacikistan vətəndaşlarına bundan sonra yalnız tacik sonluqlu soyadlar və ata adı yazılacaq. Rus sonluqlu familiyalar və ata adları qadağan olunur. 2016-cı ilin ortalarında bildirilmişdi ki, Tacikistan Milli Məclisinin Aşağı palatasının deputatları insanın şərəf və ləyaqətini alçaldan, habelə əcdadların milli və mənəvi ənənələrinə yad olan adların valideynlər tərəfindən uşaqlara verilməsini qadağan edən düzəlişləri qəbul ediblər.

DİGƏR XƏBƏRLƏR

Top