Tramp və Ərdoğan arasında telefon söhbətinin tərfərrüatları məlum olub

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefon zənginin təfərrüatları məlum olub. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, 16 aprel referendumu ilə əlaqədar təbrik etmək üçün R. T. Ərdoğana zəng edən D. Tramp Türkiyə prezidentinin yaxşı kampaniya həyata keçirdiyini və bir çox vilayətə getdiyini vurğulayıb. ABŞ dövlət başçısı kampaniya müddətini şəxsən yaxından izlədiyini bəyan edib. O bildirib: “Dostluğumuza önəm verirəm, birlikdə görəcəyimiz bir çox önəmli iş var”. Suriyada reallaşdırılan hava zərbələrinə Türkiyənin verdiyi dəstək üçün təşəkkür edən D. Tramp Suriya rejiminin hücumlarına artıq səssiz qalına bilinməyəcəyini qeyd edib. R. T. Ərdoğanın Suriyada adi silahlarla daha çox insanın öldürüldüyünü xatırladıb. D. Tramp bununla razılaşaraq çəllək bombalar məsələsini ifadə edib. ABŞ lideri, habelə Suriya, İraq və PKK terror təşkilatı ilə mübarizə mövzusunda Türkiyə ilə yaxından əməkdaşlıq edəcəklərini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top