Qiymətlər 13,2% bahalanıb

Bu ilin mart ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 1,6%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,2% artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, cari ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevral ayına nisbətən 3,1%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17% artıb. Hesabat ayında qeyri-ərzaq məhsullarının qiymətləri fevrala nisbətən 0,6%, bu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 12,6% bahalaşıb. Mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevrala nisbətən 0,5%, I rübdə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 8,6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top