İki ölkə Kuril adalarında birgə təsərrüfat fəaliyyəti apara biləcək

Rusiya və Yaponiya liderləri Tokioda danışıqların yekunları üzrə Kuril adalarında birgə təsərrüfat fəaliyyəti üçün forma və şərtlərin müəyyənləşdirilməsi üzrə xarici işlər nazirliklərinə danışıqlara başlamaq tapşırığı verə bilər. “Yeniavaz.com”un məlumatına görə, bunu RİA Novosti-yə yüksək vəzifəli diplomatik mənbə deyib. Onun sözlərinə görə, bu çox çətin tapşırıqdır: “Əgər belə bir tapşırıq verilsə, biz qarşılıqlı fəaliyyət formalarının axtarışına başlayacağıq”. Qeyd edək ki, dekabrın 15-də Rusya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri başlayacaq. Səfərin 2014-cü ildən təxirə salınmasını nəzərə alsaq, bu, iki ölkə arasındakı münasibətlərdə əhəmiyyətli sıçrayışdır. Qeyd edək ki, Tokio hazırda Rusiya ərazisi sayılan Kunaşir, Şikotan, İturup və Xabomai adalarına iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top