
Rumıniyada keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Partiyası qalib gəlib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partiya seçicilərin 45,5 faiz səsini toplayıb. İndiyədək seçki məntəqələrinin 99 faizində səslər hesablanıb. Liberallar və Deputatların Alyansı isə cəmi 6 faiz səs qazanıb. Rumıniyanın iki palatalı parlamenti 4 il müddətinə seçilir və Senatla Deputatlar Palatasından ibarətdir. Parlamentarilərin sayı 466 nəfər olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz